Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2017

Vətən sevgisi imandandır

Sentyabrın 8-də Masallı rayonu Kubin kənd  məscidi dini icmasının “Radikalizm və ekstermizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin əhəmiyyəti” adlı layihəsi çərçivəsində “İslamda Vətən sevgisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşları, Kubin kənd məscidi dini icmasının sədri Əkbər Xamıyev, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq qeyd edib ki, Vətənə, doğma torpağa sevgini də imanın təzahürü kimi qəbul etmək lazımdır. Bu fikrə əsaslanaraq qeyd etmək olar ki, İslamın inanc konsepsiyasının sütunlarından biri - Vətənə sevgidir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, Kubin kənd məscidi dini icmasının sədri  Əkbər Xamıyev və başqaları çıxışlarında dinimizin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.