14.03.2016
“Vətən anlayışı və milli-mənəvi özünüdərk” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən martın 14-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Vətən anlayışı və milli-mənəvi özünüdərk” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Amal Məlikov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev milli-mənəvi dəyərlərimizdə yer alan Vətən anlayışının mahiyyətindən bəhs edib. O bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması çox vacibdir və dini icmalar bu işə öz töhfəsini verməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.