Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2017

Uşaqların zərərli vərdişlərdən qorunmasında təhsilin rolu böyükdür

Oktyabrın 27-də Qax rayonunun Ləkit kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində  “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Qax Rayon Təhsil Şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qax RTŞ-nin metodisti Leyla Rzayeva, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov və  Qax RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru, polis baş-letenantı Bəhruz Nəsibov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirdə Qax rayonunun Ləkit kənd tam orta məktəbin direktoru Gülxar Maqsudova, Qax RTŞ-nin metodisti Leyla Rzayeva, DQİDK-nın Zaqatala bölgəsi üzrə çöbənin baş məsləhətçisi Tərlan Nəzərov və  Qax RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektor, polis baş-letenantı Bəhruz Nəsibovun çıxış edərək uşaq hüquqlarından, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin, o cümlədən təhsilin nə qədər önəmli olmasından, həmçinin, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Məktəbin şagirdləri mövzu ilə əlaqədar qısa səhnəciklər nümayiş etdiriblər.
Tədbirin sonunda “Uşaq hüquqları aylığı” çərçivəsində elan olunmuş rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.