Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2019

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt  bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Zəngilan Rayon 5 saylı tam orta məktəbində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib.

Tədbirdə 5 saylı məktəbin direktoru Mais Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şənlik Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı uşaqların mənəvi-ideoloji tərbiyəsi, zərərli vərdişlərin fəsadları, dini radikalizm, erkən nikah problemləri, eləcə də uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib. Qeyd olunub ki, hər il 20 oktyabr-20 noyabr tarixi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edilir və bununla bağlı bütün ölkə ərazisində uşaq hüquqlarına həsr edilmiş tədbirlər həyata keçirilir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.