Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.06.2021

“Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri” mövzusunda onlayn tədbir keçirilib

İyunun 16-da İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri”  mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-in əməkdaşı Nəsimi Teymurov, İsmayıllı UADM-ın direktoru Lətifə Əliyeva və mərkəzin əməkdaşları, İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, eləcə də məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı humanist və tolerant gəncliyə sahib olmaq üçün təhsil və təlim-tərbiyənin böyük rolunun olması vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.