Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.07.2021

"Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən amillər" adlı onlayn tədbir keçirilib

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən amillər" adlı onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının təhsil işçiləri, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər.

Onlayn tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev uşaqların dünyagörüşünün formalaşmasında ailə, məktəb və cəmiyyətin əsas rol oynadığını bildirərək, onların zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışıb. Daha sonra çıxış edən Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev uşaqlara dövlət qayğısından və onların boş vaxtlarının səmərəli təşkilinin vacibliyindən bəhs edib. Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev öz çıxışında bildirib ki, məktəblərdə Azərbaycan xalqının tarixi gənclərə yaxşı aşılanmalıdır.

Digər tədbir iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildiriblər.