Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.10.2015

“Uşaq hüquqlarının müdafiəsi və təbliğində İslamın rolu” mövzüsunda tədbir keçirilib

Oktyabrın 30-da “Uşaq hüquqları aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və İmişi rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə İmişli şəhər Təhsil Şöbəsinin akt zalında “Uşaq hüquqlarının müdafiəsi və təbliğində İslamın rolu” mövzüsundə tədbir keçirilib.
Tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, dini icma üzvləri, İmişli rayon N.Nərimanov adına 1 saylı orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də rayon ziyalıları iştirak ediblər. Tədbiri giriş sözü açan DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qəbul edilməsindən və “Uşaq hüquqları aylığı” çərçivəsində respublikamızda keçirilmiş tədbirlərdən danışıb. Sonra şöbənin əməkdaşı Ələkbər Quliyev çıxış edərək Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramından, uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirilmiş tədbirlərdən danışıb.
İmişli şəhər mərkəzi “Cümə ” məscidinin axund müavini Hacı Mayıl Hacıyev çıxış edərək İslamda uşaq və valideynlərin öhdəliklərindən, hüquqlarından,vəzifələrindən danışıb.