Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2017

“Uşaq hüquqları aylığı” ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Noyabın 2-də Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər 2 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev çıxış edərək Azərbaycanda uşaq hüquqları ilə bağlı qəbul olunmuş qərarlardan, qanunlardan, İslamda uşaq hüquqlarına münasibətdən, uşaq hüquqlarının müdafiəsi və bu sahədə dövlətin atdığı addımlardan, uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədi ilə dövlət səviyyəsində qəbul olunmuş mühüm qanun və proqramlardan, uşaq təşkilatlarının işindən bəhs edib.
Günün ikinci yarısında Füzuli rayon Horadiz şəhər Tarix Diyarşünaslıq muzeyində də “Uşaq hüquqları aylığı” ilə bağlı maarifləndirmə tədbiri təşkil olunub. Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, muzeyin işçiləri və muzeyə ekskursiyaya gəlmiş müxtəlif  məktəblərin şagirdləri iştirak ediblər.