Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2019

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

 

Noyabrın 8-də Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev, 238 saylı məktəbin direktoru Xuraman Osmanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, müdir müavini Bəhman Hüseynov, rayon ağsaqqalları, valideyn, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı uşaqların mənəvi-ideoloji tərbiyəsi, zərərli vərdişlərin fəsadları, dini radikalizm, erkən nikah problemləri, eləcə də uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib, respublikamızda uşaq hüquqlarına verilən önəm, dövlət tərəfindən uşaqların tərbiyəsinə, təhsilinə və boş vaxtlarının səmərəli təşkilinə yetirilən diqqətdən danışılıb.