23.10.2015
“Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda tədbirlər keçirilib
Oktyabrın 22-də “Uşaq hüquqları aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayon Monidigah kənd məscidinin dini icmasında
“İslamda uşaq hüququna verilən dəyər” mövzüsundə tədbir keçirilib.
“İslamda uşaq hüququna verilən dəyər” mövzüsundə tədbir keçirilib.
Tədbirdə dini icma üzvləri, müəllimlər və şagirdlər iştirak edib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lerik rayon Monidigah kənd tam orta məktəbinin direktoru Şöyüb Babayev, dini icma sədri Mədət Abdullayev çıxış ediblər.
Qeyd olunub ki, İslam dinində uşaq hüququna böyük dəyər verilir. Belə ki, dinimiz insanların qəlbində uşaqlara qarşı sevgi, rəğbət, mərhəmət və məhəbbət hislərini aşılayır.
Tədbirdə o da qeyd olunub ki, uşaq hüquqlarının müdafiəsinə dövlət təminat verir. Bununla bağlı bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xızı rayonu Giləzi kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Milli mənəvi dəyərlərimiz və uşaqlar” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Svetlana Rüstəmova açıb.
Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə “Uşaqlar və milli mənəvi dəyərlərimiz” mövzusunda məruzə edərək, milli mənəvi dəyərlərimiz barədə çıxış edib.
Daha sonra şöbənin əməkdaşları Cahid Qasımzadə, Orxan Göyüşlü və Ülvi Məmmədov çıxış ediblər.

