04.11.2017
“Uşaq hüquqları aylığı” çərçivəsində Qazaxda tədbir keçirilib
Noyabrın 3-də Qazax rayon 4 saylı orta məktəbində Ombudsmanın “Uşaq hüquqları aylığı” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qazax rayon şöbəsinin rəis müavini Müşfiq Mürsəlov, rayon prokurorunun köməkçisi Nəriman Əsədov, rayon polis şöbəsinin sahə rəisi Amil Budaqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov bildirib ki, uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov ölkə başçısının uşaq hüquqlarının müdafiəsinə ayırdığı diqqətdən danışıb. O, qeyd edib ki, xüsusilə Yaxın Şərq ölkələrində gedən müharibələrdə uşaqlara qarşı zorakılıqların olduğu bir dövrdə ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürür, onların firavan şəkildə yaşamaları üçün hər cür şərait yaradılır.

.jpg)
.jpg)