Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2018

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmişli rayonu Şahverdili kənd Fikrət Cəbrayılov adına tam orta məktəbdə  “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda  tədbir  keçirilib.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov, İmişli rayonu Şahverdili kənd Fikrət Əmirov adına  tam orta məktəbin  müəllimi Elnur Abbasov və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Elnur Abbasov qeyd edib ki, maarifləndirmə tədbirlərinin məktəblərdə keçirilməsi yeniyetmələrin maariflənməsi, milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşması, dini fanatizm və  radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elbəy Dəmirov bildirib ki, müxtəlif dinlərə və məzhəblərə etiqad edən günahsız insanların ölmünə səbəb olmuş dini zəmində baş verən müharibələr məhz dini radikalizmin nəticəsidir. Qeyd edib ki, hər birimiz bəşəriyyət üçün böyük təhlükə sayılan zorakılığı, fanatizmi, radikalizmi, terroru qınamalı, ailədə, cəmiyyətdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməliyik.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.