Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2025

Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə “Yaşıl gələcək naminə” aksiyası keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə 01-10 dekabr tarixlərində Bakı, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrini əhatə edən “Yaşıl gələcək naminə” ekoloji aksiyası keçiriləcək. Bu çərçivədə müxtəlif dini icmaların, gənclərin, ictimaiyyət nümayəndələrinin, könüllülərin iştirakı ilə ağacəkmə və yaşıllaşdırma tədbirləri, eyni zamanda abadlıq işlərinin təşkili nəzərdə tutulur.

Layihənin keçirilməsində məqsəd müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.