Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2018

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin banisidir

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun 26 saylı tam orta məktəbində “Ümummilli Lider Heydər Əliyev-Azərbaycanda dövlət-din münasibətlərinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Orxan Axundov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, məktəbin direktoru Reyhan Əmiraslanova, müəllim və şagirdər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 26 saylı tam orta məktəbin direktoru R. Əmiraslanova mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin banisi Ulu Öndərimiz Heydər Əliyevdir.
Daha sonra çıxış edən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ş. Əliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlərdən danışıb. Bildirib ki, Ümummilli Lider xalqımızın qəlbində əbədi yaşayacaq.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Orxan Axundov deyib ki, Heydər Əliyev siyasəti bugün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla dava etdirilir. O. Axundovun sözlərinə görə, bunun nəticəsidir ki, respublikamız regionun lider ölkəsinə çevrilib. Natiq eyni zamanda dövlətin dinə və dindarlara qayğısından da bəhs edib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmışşəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.