Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2021

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə onlayn formatda videokonfrans keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  İmişli bölgəsi üzrə şöbəsi,  Saatlı  Rayon İcra Hakimiyyəti,  Saatlı  Gənclər Evi sosial xidməti müəssisəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə  onlayn formatda videokonfrans keçirilib.

Tədbirdə  DQİDK-nın İmişli bölgəsi üzrə  şöbəsinin  əməkdaşları  Elvin İbrahimov,  Bəhrəm Ədalətoğlu, Rayon Təhsil şöbəsinin əməkdaşı Əhəd Hüseynov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov,  orta məktəb direktorları, direktor müavinləri, müəllimlər və  gənclər iştirak ediblər.

Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən ətraflı şəkildə danışılıb. Qeyd edilib ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Heydər Əliyevin  adı ilə bağlıdır. Ümummilli Liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Hazırkı müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.

Həmçinin çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir vətəndaş üçün örnək olduğunu bildiriblər. Qeyd edilib ki, müstəqil Azərbaycanın banisi hər bir azərbaycanlının həyatında dərin iz qoyub və  xalqını dərindən sevən Heydər Əliyev müstəqilliyimizin qorunması və möhkəmlənməsi, dövlətimizin inkişafı naminə əvəzedilməz işlər görüb.