Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2016

Ucarda “Zərərli vərdişlər, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Noyabrın 8-də Ucar şəhər 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon Təhsil şöbəsi və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, narkomaniya, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon Təhsil şöbəsi və rayon Mərkəzi Xəstəxanasının əməkdaşları, orta məktəbin direktor və müəllimləri, eləcə də şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 4 saylı tam orta məktəbin direktoru Elmira Soltanova çıxış edərək gəncləri zərərli vərdişlərdən və zərərli dini cərəyanların təsirindən qorumaqda maarifləndirici tədbirlərin mühüm rolundan danışıb.
Çıxışlar zamanı radikalizmin cəmiyyətə və milli-mənəvi dəyərlərimizə vura biləcəyi zərərlərdən, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.