Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.01.2017

Ucarda “Şəhidlər ölmür və İslamda şəhidlik zirvəsi” mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gənclər Evində “Şəhidlər ölmür və İslamda şəhidlik zirvəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Gənclər və İdman İdarəsinin və Gələcək Gənclər İctimai Birliyinin məsul işçiləri, müəllimlər, müxtəlif idarə və təşkilatların əməkdaşları iştirak ediblər. Tədbir   iştirakçıları   əvvəlcə     20 Yanvar faciəsi  qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli  Liderinin ölkə rəhbərliyinə qayıdışından sonra Ulu Öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə əməli tədbirlər həyata keçirib. Ölkəmizin suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsinə ən layiqli töhfə olan “Əbədi məşəl” abidəsi belə yaradılıb.  Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə 20 Yanvar faciəsinin ildönümü hər il respublikanın hər yerində qeyd olunur, şəhid ailələrinə dövlət qayğısı artırılır.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər həmin müdhiş gecədə həlak olan vətən övladlarının  Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını vurğulayaraq 20 Yanvar tarixində baş verən hadisələrin xalqımızın milli qürur hissini daha da gücləndirdiyini qeyd ediblər. 
Sonda 20 Yanvar hadisələrini əks etdirən sənədli film və fotolar nümayiş etdirilib.