26.05.2016
Ucarda “Qloballaşan dünyada milli-mənəvi dəyərlərə bağlılığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində mayın 25–də Ucar şəhərində “Qloballaşan dünyada milli-mənəvi dəyərlərə bağlılığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ucar şəhər Gənclər Evində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işini daha da gücləndirmək məqsədilə maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. “Multikulturalizm ili” olaraq elan edilmiş 2016-cı il ərzində də belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev tədbirdə geniş məruzə ilə çıxış edərək milli-mənəvi dəyərlərə bağlılığın önəmindən, ölkəmizdə mövcud olan tolerant və multikultural mühitin qorunub saxlanılmasından söhbət açıb.
Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov düzgün dini maarifləndirmənin, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıblar. Çıxış edən natiqlər tolerantlığın hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri bir məsələ olduğunu, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olduğunu diqqətə çatdırıblar.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.

.jpg)