Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub
Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin və Ucar şəhər 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə gənclərlə maarifləndirmə xarakterli görüş keçirilib.
Ucar şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, tam orta məktəbin direktoru Hakim Nəcəfov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, saf əxlaqa, mərhəmət və şəfqətə, dözümlülüyə çağırış dini olması barədə geniş məlumatlar verilib.
Eyni zamanda, dini fanatizmin, radikal dini meyillərin və məzhəb ayrı-seçkiliyinin zərərli nəticələrindən bəhs olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
