Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2017

Ucarda “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov, dini icmanın sədri Ceyhun Əliyev və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar şəhər “Cami” məscidi dini icmasıın sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov öz çıxışlarında İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları faydalı işlər görməyə sövq edən, sülh və əmin-amanlıq içərisində birgəyaşayışa səsləyən əxlaqi qaydalar sistemi olduğunu vurğulayıblar.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.