Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2016

Ucar rayonunda “Radikalizmə qarşı mübarizə metodları” mövzusunda tədbir təşkil olunub

Noyabrın 10-da Ucar şəhər 6 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizə metodları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin və Ucar RTŞ-nin əməkdaşları, orta məktəbin direktor və müəllimləri, şagirdlər iştirak ediblər.
Ucar RTŞ-nin əməkdaşı Rəna Qasımova gənclərin zərərli vərdişlərdən, dini radikalizm və digər bu kimi ziyanlı meyillərdən uzaqlaşdırılmasından, bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov isə çıxışında radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən bəhs edib.
Daha sonra çıxış edən Ucar şəhər 6 saylı tam orta məktəbin müəllimləri Pərvanə Adıgözəlova və Hədiyyə Seyidova isə mütəmadi olaraq keçirilən bu kimi maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları haqqında tam təsəvvürün formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Sonda mövzu ilə bağlı video-çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.