Şriftin ölçüsü:
Saytın rəngi:
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Fevralın 9-da Ucarda "Milli-mənəvi dəyərlərimiz və gənclik" mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və gənclər iştirak ediblər.
***
Daha bir tədbir fevralın 9-da Gədəbəy Peşə Liseyində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq və mənəvi dəyərlərimiz" mövzusunda baş tutub. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Cavid Səfərov, Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman sektorunun əməkdaşları, eləcə də gənclər qatılıblar.
***
Fevralın 9-da Samux rayonunun Lək kənd tam orta məktəbində isə “Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux RİH-in İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov və şagirdlərin iştirakı ilə baş tutub.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Bu cür tədbirlərin keçirilməsininin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.