Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2019

Tovuzda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tovuz RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Hüseyn Hüseynov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev və rayon ziyalıları  iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımlardan birinin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.