Tovuzda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 28-də Tovuz rayon H.Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Tovuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov,Tovuz RPŞ-nin əməkdaşı Vüsal İsmayılov və gənclər iştirak ediblər.
Öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayış olunub.
Tədbir iştirakçıları dini radikalizm və ekstremizmin yaranma səbəbləri, onun törətdiyi fəsadlar və ona qarşı mübarizə metodlarından danışıblar. Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolundan bəhs edilib, onların təhsilli olmalarının əhəmiyyəti vurğulanıb.
Sonda gənclərə DQİDK tərəfindən nəşr edilmiş maarifləndirici kitablar paylanılıb.