Tovuzda “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib
Yanvarın 28-də Tovuz Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İşıqlı gələcək naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları, liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tovuz Peşə Liseyinin direktoru Tanrıverdi Tanrıverdiyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, RPŞ-nin sahə inspektoru Pərvin Həsənov və başqaları çıxış edərək narkomaniyanın bir bəla olduğunu vurğulayıblar və bununla mübarizədə marifləndirmənin əhəmiyyətinə diqqəti çəkiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

