Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.07.2017

Tovuzda “Dini ekstremizm və ona qarşı mübarizə metodları” mövzusu müzakirə olunub

İyulun 6-da Tovuz rayonu məscidi dini icmasının “İslam həmrəyliyində məhzəblərarası dialoqun önəmi” layihəsi çərçivəsində Tovuz rayonunda “Dini ekstremizm və ona qarşı mübarizə metodları” mövzusunda  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Anar Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz rayon məscidi dini icmasının sədri Nəriman İbayev, rayonun Telekommunikasiya Qovşağının əməkdaşları və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri N. İbayev mövzunun əhəmiyyətindən, eləcə də dövlətin dinə və dindarlara qayğısından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri R.Tağıyev çıxışında tolerantlıq ənənələrinin davam etdirilməsi, dini ekstremizmin, radikalizmin zərərlərindən və ona qarşı mübarizə metodlarından danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi A. Əliyev bildirib ki, ölkəmizdə dini radikalizmlə mübarizə məqsədilə həm ideoloji, həm də hüquqi-inzibati müstəvidə zəruri addımlar atılır, genişmiqyaslı maarifləndirmə tədbirləri təşkil olunur. 
Natiq onu da qeyd edib ki, dini radikalizm və ekstremizlə mübarizənin hər bir vətəndaşın borcudur. A. Əliyev eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.