Şriftin ölçüsü:

Saytın rəngi:

12.12.2015

“Tolerantlıq yurdu - Azərbaycan” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən tədbirlər keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xətai rayonu Əhmədli qəsəbəsi dini icması tərəfindən “Tolerantlıq yurdu - Azərbaycan” layihəsi çərçivəsində dekabrın 11-də növbəti maarifləndirici tədbir keçirilib. Xətai rayonu Əhmədli qəsəbə məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov, Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov Azərbaycandakı tolerant mühitdən, ölkəmizdəki dini konfessiyaların birgəyaşayış prinsipləri barədə danışıb.
Daha sonra Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.