Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.12.2015

“Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir” layihəsi çərçivəsində tədbir keçirilib

Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beyləqan rayonunun Qarallar kənd məscidi dini icmasında “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir” layihəsi çərçivəsində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarallar kənd məscidi dini icmasının sədri, Beyləqan Rayon İcra Hakimiyyətinin Qarallar kəndi üzrə nümayəndəliyinin əməkdaşları, icma üzvləri,  dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Prezident İlham Əliyevin 27 Noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə  ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şöbənin əməkdaşı Ələkbər Quliyev çıxış edərək  respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından və dövlət başçısının dindarlara göstərdiyi qayğı və diqqətdən danışıb.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Qarallar kənd üzrə nümayəndəsi Kamandar Cəfərov, Qarallar kənd tam orta məktəbinin müəllimi Zakir Əhmədov və başqaları çıxış edərək Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək  dostluq şəraitində inkişafından bəhs ediblər.