Şriftin ölçüsü:

Saytın rəngi:

03.05.2013

“Tolerantlıq Kuboku”nun üçüncüsü məlum oldu

May ayının 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirində III yer uğrunda - təsəlliverici final oyunu keçirilmişdir. Süleyman (Xəzər) komandasına 15:7 hesabı ilə qalib gəlmiş Ümid (Qaradağ) komandası turniri III pillədə başa vurmuşdur.