23 aprel 2013-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirində növbəti oyunlar – Qrup mərhələsinin daha 6 oyunu keçirilib. Nəticələri diqqətinizə çatdırırıq:
Saat 17:00 İmam Rza (Sabunçu) — Həyat Sözü 6:4 (3:3)
Saat 17:00 GYF — İçəri Şəhər (Səbayıl) 1:2 (1:1)
Saat 17:20 Ümid (Qaradağ) — Yəhudi icması 7:3 (3:2)
Saat 18:00 Səngəçal (Qaradağ) — İmam Hüseyn (Sabunçu) 4:7 (0:3)
Saat 18:00 Süleyman (Xəzər) — BDU İlahiyyat 3:5 (2:4)
Saat 18:20 Pravoslav Kilsəsi — Balaxanı (Sabunçu) 1:6 (0:2)
*Qeyd: Hər cütlüyün nəticəsindən sonra mötərizədə oyunun birinci hissəsində qeydə alınmış nəticələr göstərilib.
Artıq turnirin Qrup mərhələsində nəzərdə tutulmuş 24 oyundan 12-si (50%) artıq başa çatıb. 12 oyunun yekununa əsasən bəzi statistik göstəricilər aşağıdakı kimidir:
*İlk 12 oyunda qapılara 94 qol vurulub.
*Hakimlərdən ən çox oyun idarə edən Azad Mütəllimovdur. O, 5 oyunda hakimlik edib.
*Ən məhsuldar oyun 12 qolun vurulduğu və 2:10 hesabı ilə başa çatan Katolik Kilsəsi - İmam Rza (Sabunçu) oyunudur.
*Ən az qol vurulan oyun 3 qolun vurulduğu və 1:2 hesabı ilə başa çatan GYF - İçəri Şəhər (Səbayıl) oyunudur.
*Turnirdə heç-heçə ilə bitən ilk və hələlik yeganə olan oyun 2:2 hesabı ilə başa çatan BDU İlahiyyat - Balaxanı (Sabunçu) oyunudur.
*Turnirdə hələlik ən böyük hesablı qələbə İmam Rza (Sabunçu) komandasının aktivindədir. Onlar ilk oyunda Katolik Kilsəsi komandasına 8 top fərqi ilə - 10:2 hesabı ilə qalib gəliblər.
*Turnirdə qol vurmayan komanda yoxdur. Bütün komandalar meydana çıxdıqları ilk matçdaca qol hesabını açıblar.
*Turnirdə hələlik bir oyunda ən çox qol vurmuş komanda İmam Rza (Sabunçu) komandasıdır. Onlar ilk oyunda Katolik Kilsəsi komandasının qapısına 10 dəfə yol tapıblar.
*Turnirdə hələlik ən çox qol vurmuş komanda İmam Rza (Sabunçu) komandasıdır. Onların aktivində 16 qol var.
*Turnirdə hələlik qapısında ən çox qol görmüş komanda Səngəçal (Qaradağ) komandasıdır. Onların passivində 12 qol var.
*Turnirdə hələlik ən az qol vurmuş komanda Pravoslav Kilsəsi komandasıdır. Onların aktivində cəmi 1 qol var.
*Turnirdə hələlik ən az qol buraxmış komanda Məşədi Dadaş (Nəsimi) və İçəri Şəhər (Səbayıl) komandalarıdır. Onların passivində cəmi 1 qol var.
*İndiyə kimi keçirilmiş oyunların hamısında tərəflərdən hər ikisi fərqlənib.
*Ümid (Qaradağ) komandası yeganə komandadır ki, keçirdiyi hər iki oyunda böyük hesabla qalib gəlib.
*Səngəçal (Qaradağ) komandası yeganə komandadır ki, keçirdiyi hər iki oyunda böyük hesabla məğlub olub.
*İndiyə kimi keçirilmiş oyunlarda ən çox qeydə alınmış hesab 6:1 hesabıdır. 12 oyunun 2-si bu hesabla başa çatıb.