25.04.2013
Saat 17:00 Qasımbəy (Yasamal) — Səngəçal (Qaradağ) 9:5 (3:2)
“Tolerantlıq Kuboku”nun Qrup mərhələsi sona yaxınlaşmaqdadır (Foto)
24 aprel 2013-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirində növbəti oyunlar – Qrup mərhələsinin daha 6 oyunu keçirilib. Nəticələri diqqətinizə çatdırırıq:
Saat 17:00 Qasımbəy (Yasamal) — Səngəçal (Qaradağ) 9:5 (3:2)
Saat 17:00 Yəhudi icması — GYF 7:5 (3:2)
Saat 17:00 Ümid (Qaradağ) — İçəri Şəhər (Səbayıl) 5:5 (3:1)
Saat 18:00 İmam Hüseyn (Sabunçu) — Məşədi Dadaş (Nəsimi) 2:6 (1:1)
Saat 18:00 Balaxanı (Sabunçu) — Süleyman (Xəzər) 1:3 (0:2)
Saat 18:15 BDU İlahiyyat — Pravoslav Kilsəsi 2:3 (1:1)
*Qeyd: Hər cütlüyün nəticəsindən sonra mötərizədə oyunun birinci hissəsində qeydə alınmış nəticələr göstərilib.
Qrup mərhələsində nəzərdə tutulmuş 24 oyundan 18-i (75%) artıq başa çatıb. 18 oyunun yekununa əsasən bəzi statistik göstəricilər aşağıdakı kimidir:
*Qapılara ümumilikdə 147 qol vurulub.
*Hakimlərdən ən çox oyun idarə edən Azad Mütəllimovdur. O, 7 oyunda hakimlik edib.
*Ən məhsuldar oyun 14 qolun vurulduğu və 9:5 hesabı ilə başa çatan Qasımbəy (Yasamal) - Səngəçal (Qaradağ) oyunudur.
*Ən az qol vurulan oyun 3 qolun vurulduğu və 1:2 hesabı ilə başa çatan GYF - İçəri Şəhər (Səbayıl) oyunudur.
*Turnirdə heç-heçə ilə bitən ilk oyun 2:2 hesabı ilə başa çatan BDU İlahiyyat - Balaxanı (Sabunçu) oyunudur.
*Turnirdə ən məhsuldar heç-heçə 5:5 hesabı ilə başa çatan Ümid (Qaradağ) - İçəri Şəhər (Səbayıl) oyunudur.
*Turnirdə hələlik ən böyük hesablı qələbə İmam Rza (Sabunçu) komandasının aktivindədir. Onlar ilk oyunda Katolik Kilsəsi komandasına 8 top fərqi ilə - 10:2 hesabı ilə qalib gəliblər.
*Turnirdə qol vurmayan komanda yoxdur. Bütün komandalar meydana çıxdıqları ilk matçdaca qol hesabını açıblar.
*İndiyə kimi keçirilmiş oyunların hamısında tərəflərdən hər ikisi fərqlənib.
*Turnirdə hələlik bir oyunda ən çox qol vurmuş komanda İmam Rza (Sabunçu) komandasıdır. Onlar ilk oyunda Katolik Kilsəsi komandasının qapısına 10 dəfə yol tapıblar.
*Turnirdə hələlik ən çox qol vurmuş komanda Ümid (Qaradağ) komandasıdır. Onların aktivində 18 qol var.
*Turnirdə hələlik qapısında ən çox qol görmüş komanda Səngəçal (Qaradağ) komandasıdır. Onların passivində 21 qol var.
*Turnirdə hələlik ən az qol vurmuş komanda Katolik Kilsəsi komandasıdır. Onların aktivində cəmi 2 qol var.
*Turnirdə hələlik ən az qol buraxmış komanda İmam Rza (Xəzər) komandasıdır. Onların passivində cəmi 2 qol var.
*Səngəçal (Qaradağ) komandası yeganə komandadır ki, keçirdiyi hər üç oyunda böyük hesabla məğlub olub.
*İndiyə kimi keçirilmiş oyunlarda ən çox qeydə alınmış hesab 6:1 hesabıdır. 12 oyunun 2-si bu hesabla başa çatıb.
*Hələlik ən çox xal toplayan komanda Ümid (Qaradağ) komandasıdır. Onların aktivində 7 xal var.
*GYF və Səngəçal (Qaradağ) komandalarının turniri 0 xalla başa vuracağı dəqiqləşib.