May ayının 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirində Final mərhələsinə start verilmişdir. Bu mərhələdə ilk əvvəl yarımfinal oyunları keçirilmişdir. Yarımfinalda müvafiq olaraq "A" qrupunun qalibi ilə "B" qrupunun qalibi və "C" qrupunun qalibi ilə "D" qrupunun qalibi qarşılaşıb. Nəticələri diqqətinizə çatdırırıq:
*İmam Rza (Xəzər) — Ümid (Qaradağ) 7:4
*Süleyman (Xəzər) — Məşədi Dadaş (Nəsimi) 5:16