21 aprel 2013-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Böyük Britaniyanın Odlar Yurdu Təşkilatının dəstəyi ilə təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda mini futbol turnirinin ilk oyunlarına start verilmişdir. Qrup mərhələsində nəzərdə tutulmuş 24 oyundan 6-sı keçirilib. Nəticələri diqqətinizə çatdırırıq:
Saat 17:00 Katolik Kilsəsi — İmam Rza (Sabunçu) 2:10 (0:4)
Saat 17:00 İmam Rza (Xəzər) — Həyat Sözü 5:2 (2:1)
Saat 18:00 İmam Hüseyn (Sabunçu) — Qasımbəy (Yasamal) 5:4 (3:0)
Saat 18:00 Məşədi Dadaş (Nəsimi) — Səngəçal (Qaradağ) 5:1 (0:1)
Saat 19:00 GYF — Ümid (Qaradağ) 1:6 (0:3)
Saat 19:00 BDU İlahiyyat — Balaxanı (Sabunçu) 2:2 (1:1)
*Qeyd: Hər cütlüyün nəticəsindən sonra mötərizədə oyunun birinci hissəsində qeydə alınmış nəticələr göstərilib.
Artıq turnirin qrup mərhələsində nəzərdə tutulmuş 24 oyundan 6-sı arxada qalıb ki, bu 25%-lik bir göstərici deməkdir. 6 oyunun yekununa əsasən bəzi statistik göstəriciləri diqqətinizə çatdırırıq:
*İlk 6 oyunda qapılara 45 qol vurulub.
*Azad Mütəllimov və Fərhad Həsənovun hər biri 3 oyunda hakimlik edib.
*Ən məhsuldar oyun 12 qolun vurulduğu və 2:10 hesabı ilə başa çatan Katolik Kilsəsi - İmam Rza (Sabunçu) oyunudur.
*Ən az qol vurulan oyun 4 qolun vurulduğu və 2:2 hesabı ilə başa çatan BDU İlahiyyat - Balaxanı (Sabunçu) oyunudur.
*Turnirdə heç-heçə ilə bitən ilk və hələlik yeganə olan oyun 2:2 hesabı ilə başa çatan BDU İlahiyyat - Balaxanı (Sabunçu) oyunudur.
*Turnirdə hələlik ən böyük hesablı qələbə İmam Rza (Sabunçu) komandasının aktivindədir. Onlar ilk oyunda Katolik Kilsəsi komandasına 8 top fərqi ilə - 10:2 hesabı ilə qalib gəliblər.
*İndiyə kimi meydana çıxmış 12 komandanın hamısı qol vurub.
*Turnirdə hələlik bir oyunda ən çox qol vurmuş komanda İmam Rza (Sabunçu) komandasıdır. Onlar ilk oyunda Katolik Kilsəsi komandasının qapısına 10 dəfə yol tapıblar.