Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.08.2017

Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir

Avqustun 15-də Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə,DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov,Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri, müəllimlər və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan  Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayevölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən və mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini C. Əlifzadə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar. Natiq onu da vurğulayıb ki, Azərbaycandakı dini konfessiyalar qanun qarşısında bərabər və eyni statusa malikdir.Respublikamızda fəaliyyət göstərən dini qurumlardan 28-i qeyri-müsəlman dini icmalara məxsusdur.C.Əlfizadənin sözlərinə görə,  ölkəmizdəki  bütün səmavi dinlərin nümayəndələri  inanclarında müstəqil və sərbəstdirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Ə. Nəcəfov çıxışında qeyd edib ki, tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir. Onun sözlərinə görə, bu, bizim xalqımızın başqa xalqların və millətlərin nümayəndələrinə və milli-mənəvi dəyərlərinə bəşəri baxışlarının və tarixən formalaşmış humanizm prinsiplərinin nəticəsidir.
Tədbirdə, həmçinin, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı çıxış edərək vurğulayıb ki, ölkəmizdə heç bir dini və məzhəb ayrıseçkililiyi yoxdur.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.