Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.06.2017

Tərtərdə Ramazan ayı münasibətilə tədbir baş tutub

İyunun 6-da Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Tərtər rayon “Cümə” məscidində tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov  Ramazan ayının başlanması münasibəti ilə dindarları təbrik edib.
Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov İslam dininin xurafatdan kənar şəkildə təbliğində maarifləndirmənin vacibliyindən danışıb.
Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov QMİ-nin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin tapşırıq və tövsiyələrini din xadimlərinə çatdırıb, tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Sonda tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedib və şəhidlərin ruhuna dualar oxuyublar.