14.02.2017
Tərtərdə növbəti maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında fevralın 14-də Tərtər rayon “Cümə” məscidi dini icması Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, müəllimlər, icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov məruzə ilə çıxış edib və belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Mövzu ətrafinda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi Orxan Maşayev, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, icma üzvü Saleh Ədilov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.