Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2017

Tərtərdə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusu müzakirə olunub

Noyabrın 16-da Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusunda tədbir keçirilib.
Tərtər rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov və rayon məktəblərinin müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov rayondakı dini durum barədə məlumat verib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.
Məruzə ətrafında çıxış edən Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov  dövlətin dinə olan qayğısından  danışaraq qeyd edib ki, din xadimləri hər zaman Azərbaycan dövlətinin dinə və dindarlara göstərdiyi qayğının canlı şahididir.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova qeyd edib ki, bəzi dövlətlərdə dinin siyasiləşdirilməsinin nəticəsində baş verən ictimai-siyasi hadisələr hamımıza bəllidir. S.Yusifova ölkəmizdə belə hallara rast gəlinməməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov  bildirib ki, dinin siyasiləşdirilməsi tarixboyu öz acı nəticələrini verib. Müasir dövrümüzdə də hansı dövlətdə din siyasiləşdirilirsə orada sabitlik pozulur, hətta vətəndaş müharibələri baş verir. Bizim respublikamızda qanunla din dövlətdən ayrıdır, lakin dindarlar ölkə vətəndaşı olaraq cəmiyyət qarşısında müəyyən məsuliyyətlər daşıyırlar. “Heç bir dini qrup və ya birləşmə Azərbaycan Respublikasında siyasi sabitliyi poza bilməz”-deyə o vurğulayıb.