23.01.2017
Tərtərdə dini maarifləndirmə tədbiri keçirilib
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər Tərtər rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidinin axundu, dini icmanın sədri Sadiq Cəfərov və rayon ağsaqqalı İman Almuradov mövzu ilə bağlı məruzə ediblər. Çıxışlarında rayondakı dini durum, maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini ekstremizm və radikalizmlə mübarizədən bəhs ediblər.