Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2016

Tərtər rayonunda "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına əsasən Tərtər rayonunun Gənclər mərkəzində "Dini ekstremizm və onun fəsadları" mövzusunda maarifləndirici tədbir baş tutub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Tərtər şəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın sədri Sadiq Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru S.Yusifova, Tərtər rayon Təhsil şöbəsinin metodisti N.Əsgərzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov açaraq ölkəmizdəki dövlət-din münasibətləri və mövcud dini durum barədə məlumat verib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov məruzəsində gəncləri dini ekstremizmin fəsadlarından qorumağın yollarından danışıb.
Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında dini ekstremizm və onun fəsadlarına qarşı mübarizədə maarifləndirmə tədbirlərinin önəmini xüsusi vurğulayıb.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.