21.12.2017
Tələbələrə “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctımai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, universitetin Zaqatala filialının rektoru Orucəli Rzayev, müəllimlər və tələbələr iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verib. O qeyd edib ki, filmin çəkilməsində məqsəd gənclərə vətənpərvərlik hissini aşılamaq və onları zərərli dini vərdişlərdən qorumaqdır.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.