Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.11.2016

Şüvəlanda “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri “Mir Mövsüm Ağa ziyarətgahı” məscidi kompleksində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Novruz Nuriyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundov, dini icmaların sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə azadlıq, dostluq mühitində yaşadıqlarını vurğulayıb. Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkiliyin olmadığını bildirib. Xalqımızın birgəyaşayış prinsiplərinin hər zaman qarşılıqlı hörmət və ehtiram əsasında qurulduğu iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra məruzələrlə çıxış edən dini icma sədrləri və qəsəbə dindarları dövlətin hər zaman dinə və dindarlara olan xüsusi diqqət və qayğısını hər zaman yüksək səviyyədə olduğunu qeyd ediblər.