Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.01.2017

Şuşa rayonunun ümumtəhsil məktəblərində “Fitnə” sənədli filmi maraqla qarşılanıb

Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkilatçılığı ilə Şuşa rayonunun ümumtəhsil məktəblərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə  hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Şuşa rayonunun bir çox ümumtəhsil məktəblərində nümayiş etdirilən “Fitnə” sənədli filmində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Tədbirlərdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva və Şuşa rayonunun Axundu Mirabdullah Həsənli öz çıxışlarında dini maarifləndirmə ilə bağlı dövlət siyasəti, radikalizmi yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində bu cür maarifləndirici filmlərin çəkilməsinin və nümayişinin əhəmiyyətindən danışıblar.