18.05.2018
Suraxanıda "Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin beynəlxalq münasibətləri" mövzusu müzakirə olunub
Mayın 18-də Suraxanı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və "Suraxanıoyl" əməliyyat şirkətinin birgə təşkilatçılığı ilə Yeni Suraxanı qəsəbəsi 85 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin beynəlxalq münasibətləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Rəfiqə Məmmədova, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun əməkdaşı Elvin Hətəmov, "Suraxanıoyl" əməliyyat şirkətinin əməkdaşı Xanım Mirzəyeva, Bakı Dövlət Universitetinin professoru Nurxan Məmmədov, müəllimlər, şagirdlər və şirkətin işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı RİH başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı R.Məmmədova qeyd edib ki, 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində şanlı bir səhifədir.Natiq onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu diqqətə çatdırıb.
BDU-nun professoru N.Məmmədov isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq vurğulayıb ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Nəticədə 28 may 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda çıxış edərək bildirib ki, həmin dövrdə digər sahələr kimi dini durumun inkişafına da xüsusi qayğı ilə yanaşılıb və dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulayıb ki, mövcud olduğu qısa müddət ərzində xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə AXC mütərəqqi addımlar atılmasına nail olub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.jpg)