Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2015

Suraxanı və Yasamal rayonları Polis İdarələrində görüş keçirilib

Martın 10 və 11-də  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov DİN-nin Suraxanı və Yasamal rayonları Polis İdarələrinin şəxsi heyəti ilə görüşüb.
Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, eləcə də dini sahə üzrə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən danışan Səyavuş Heydərov dini ekstremizmlə mübarizə sahəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verib.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb və dini radikalizmlə mübarizə ətrafında fikir mübadiləsi aparılıb.