Şriftin ölçüsü:

Saytın rəngi:

09.09.2024

Suraxanı rayonunda "Dinlərarası harmoniya, sülh və əmin-amanlıq" mövzusunda tədbir keçirilib

Sentyabrın 7-də "Sülh Aylığı" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Hövsan qəsəbəsi "Höccət İbn Həsən" məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Dinlərarası harmoniya, sülh və əmin-amanlıq" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə bölməsinin əməkdaşı Aqil Əlisoy, Azərbaycan İlahiyyat İnstitutunun Dinşunaslıq kafedrasının müdiri Anar Qafarov, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Azad Əzizov, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslı, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Natiqlər vurğulayıblar ki, ölkəmizin dövlət-din münasibətləri modeli dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Qeyd edilib ki,  Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və respublikamızda  bütün etnik qrupların, dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. 

Tədbir müzakirələrlə davam edib.