Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.01.2018

Sumqayıtda “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 16 saylı tam orta məktəbində “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, məktəbin direktoru Niyazi Süleymanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Direktor Niyazi Süleymanov çıxış edərək, Azərbaycan dövlətçiliyinin çoxminillik tarixə malik olduğunu, zaman-zaman yadelli təcavüzünə məruz qalsa da, xalqımızın bu dövlətçilik ənənəsini öz mübarizliyi və əzmkarlığı ilə qoruduğunu bildirib. Natiq əminlik hissi ilə qeyd edib ki, formalaşan sağlam, elmli, vətənpərvər gənc nəslimiz də azadlığımız və müstəqilliyimizin təminatçısı olacaq.
Vətən sevgisinin yüksək əxlaqi keyfiyyət olduğunu bildirən DQİDK-nın əməkdaşı Ülvi Məmmədov vurğulayıb ki, hər bir vətən övladı bu əxlaqa sahiblənərək vətənini və dövlətçiliyini sevməlidir. Ü. Məmədovun sözlərinə görə, gənclərimiz öz elmi, biliyi ilə onun hərtərəfli inkişafına töhfə verməli, lazım olarsa, onun varlığı və bütövlüyü uğrunda canından belə keçməyə hazır olmalıdır.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.