06.12.2017
Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 6-da Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Keçirilən tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, məktəbin direktoru Səadət Abdullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Y. Abdullayev bəzi radikal dini qrupların gənclərimiz arasında, həmçinin sosial şəbəkələrdə apardıqları zərərli təbliğatlar haqqında məlumat verib. O, şagirdlərə bu kimi hallarda diqqətli olmağı tövsiyə edib.
Daha sonra çıxış edən S. Abdullayeva qeyd edib ki, son dövrlərdə intensiv aparılan maarifləndirmə işinin cəmiyyətimizdə, xüsusilə gənclər arasında effektiv nəticəsi müşahidə edilməkdədir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.