Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2017

Sumqayıtda şagirdlərə “Fitnə” sənədli filmi nümayiş etdirilib

Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, məktəbin direktoru Mehriban Nəcəfova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Mehriban Nəcəfova dini radikalizmin müasir  dövrün ən böyük təhlükələrindən biri olduğunu bildirib. O, insan və  cəmiyyət  həyatını  faciəyə  aparan zərərli  dini  cərəyanların təsirinə  düşməmək  üçün milli-mənəvi dəyərlərimizin düzgün formada öyrənilməsinin vacibliyini qeyd  edib  və  bu sahədə  təhsilin önəmindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı  Ülvi Məmmədov dini radikalizmin mahiyyəti,  təbliğat  metodları və qeyri-ənənəvi  dini cərəyanların ölkə  ərazisində  fəaliyyət  istiqamətləri barədə məlumat verib. O bildirib ki,  hər  bir  gənc  yüksək təhsil  vasitəsilə milli özünüdərkə sahiblənərək yad ideoloji təsirlərdən uzaq olmalıdır.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.Filmin nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.