Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2018

Sumqayıtda maarifləndirmə tədbiri təşkil olunub

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zəngilan rayon 8 nömrəli tam orta məktəbdə “Şagirdlərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev, 8 nömrəli məktəbin direktoru Tofiq Heydərov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiq Heydərov dövlətin məcburi köçkün məktəblərinə göstərdiyi qayğıdan danışıb.

Zəngilan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şənlik Əliyev dövlətin dinə və dindarlara göstərdiyi qayğıdan bəhs edib. O, həmçinin gənclərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yollarından danışıb.  

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov dini radikalizmin yayılma metodlarından və ona qarşı mübarizə vasitələrindən söhbət açıb. Qeyd edib ki, gənclər təhsil alaraq özlərinə, ailələrinə, dövlətə və cəmiyyətə faydalı insan ola bilərlər.

Çıxışlardan sonra tədbir müzakirələrlə davam edib, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.