Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2017

Sumqayıtda “İslami mötədilliyin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

İyulun 28-də Sumqayıt şəhərində yerləşən “Cümə” məscidində “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “İslami mötədilliyin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirmə tədbiri  keçirilib.
Tədbirdə Sumqayıt şəhəri “Cümə” məscidinin axundu və dini icma sədri Rauf Sərdarov, DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, ilahiyyatçı Əli Şərbətov, dindarlar və gənclər  iştirak ediblər.
Tədbirdə çıxış edən dini icma sədri Rauf Sərdarov İslam dininin Azərbaycan xalqının mədəni-əxlaqi inkişafındakı rolundan geniş söhbət  açıb. Qeyd edib ki, cəmiyyətimiz dinin mötədil prinsiplərinə daim önəm verib və bu prinsiplərə sadiq  qalıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İslam dinində mötədillik, vəhdət, elm və mədəniyyətə münasibət, milli özünüdərkimizin  inkişafındakı rolu barədə danışıb.
İlahiyyatçı Əli Şərbətov çıxışında  mövzu ilə  bağlı Quran ayələrindən misallar gətirərək onları ətraflı şəkildə izah edib.
Tədbirin sonunda  iştirakçıların sualları cavablandırılıb və dini təyinatlı ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.